Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Electronics”in direktoru reanimasiyaya düşüb


“Samsung Electronics” şirkətinin sədri Li Kun Xi tənəffüs yollarında problemlə əlaqədar “Samsung Medical Center” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, şirkət rəsmisinin sözlərinə görə, 72 yaşlı iş adamına süni nəfəs verilib və ürəyin qapalı masajı edilib. O deyib ki, Li Kun Xinin vəziyyəti stabildir.

1990-cı illərin sonlarında Li Kun Xi ağciyərdən əməliyyat keçirib, bundan sonra tənəffüs yollarında  problemlərlə üzləşir.

Ekspertlərin fikrincə, Li Kun Xinin sağlamlıq vəziyyəti “Samsung Group” üzərində nəzarətin oğluna  ötürülməsi prosesini sürətləndirəcək.

“Samsung Electronics” korporasiyası dünyanın ən böyük yarımkeçirici, smartfon və başqa elektron texnika istehsalçılarından biridir.

Emil Hüseynov
 




12/05/14    Çap et