Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sürücülər parkinq xidməti haqqını SMS-lə ödəyəcək


Bakıda yollarda tıxac probleminin aradan qaldırılması məqsədilə 7 “Park-manat" terminal quraşdırılıb.
 
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, artıq terminallar paytaxtın mərkəzi küçələrində qurulub.
 
İlin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq. Parka radar quraşdırılan yerlərdə qanunsuz avtomobil saxlamaq mümkün olmayacaq. Bu qurğular günəş enerjisi ilə işləyəcək.
 
Artıq elektrik enerjisinə ehtiyac qalmayacaq. Yerləşdirilən "Park-manat"lardan sürücülər 1 saatı 1 manatdan nağd və ya eyni məbləği SMS vasitəsi ilə ödəyə bilərlər. Sürücülər “Park-manat”dan istifadə etmədiklərinə görə cərimələndikləri məbləği 1 saat ərzində ödəməzlərsə, onda cərimə ikiqat artacaq. Belə ki, “Park-manat”lar bir qədər kənar küçələrdə quraşdırılacaq.
 
 Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək. “Park-manat”lar pulla və kartla işləyəcək, yarım saatı 50 qəpik olacaq".  




12/05/14    Çap et