Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni mobil ödəniş sistemi istifadəçilərə təqdim ediləcək


Bu ilin sonunda qlobal məkanda bank sektoru "Paym" adlanan yeni mobil ödəniş sistemini istifadəçilərə təqdim edəcək. Sistem insanlara mobil telefon vasitəsilə bank hesabından pul köcürmələrini həyata kecirməyi asanlaşdıracaq.
 
Yeni sistemin əsas xüsusiyyəti odur ki, pul köçürmək və ya almaq ucun bir dəfə bank hesabını qeydiyyatdan keçirmək lazımdır.
 
 
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzindən qeyd edilib ki, Ödənişlərin aparılması üçün isə istifadəcinin mobil telefon nömrəsini bilmək kifayət edəcək. Hər tranzaksiya üçün müxtəlif kod və hesab nömrələrinə ehtiyac olmasa da, mobil telefonda proqramı acmaq ucun kod yenə də tələb olunacaq.
 
 
Qeyd edək ki, sözügedən məsələ "MasterCard"-ın sifarişi ilə 56 ölkə və 26 dildə Şimali və Cənubi Amerika, Avropa və Sakit okean hövzəsi regionlarında aparılmış "Mobil ödənişlərin araşdırması"nın nəticələrinə əsaslanır.
 
 
 
Həqiqət İSABALAYEVA




13/05/14    Çap et