Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Moldova poçtu "Azərpoçt"un təcrübəsi ilə tanış olub


Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC-də Moldova poçtunun baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
 
"Azərpoçt"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, görüşün əsas məqsədi  daim inkişaf edən Azərbaycan poçtunun nailiyyətləri ilə yaxından tanış olmaq, poçt-maliyyə xidmətləri, poçtun daşınması, o cümlədən digər göstərilən xidmətlərin təcrübələrindən yararlanmaqdan ibarətdir.
 
Görüşdən sonra Moldova poçtunun nümayəndələri Mərkəzi poçtun iş fəaliyyəti ilə yaxından tanış olublar. 
 
Aynur Vəliyeva
 
 




14/05/14    Çap et