Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da nəşrlərin sonra dərc edilməsi funksiyası işə salınıb


“Facebook” sosial şəbəkəsi “iOS” tətbiqinin istifadəçilərinə internet qoşulma olmadıqda belə status yazmağa və redaktə etməyə, daha sonra onları dərc etməyə imkan yaradıb.

"Zəif qoşulma olduqda və ya uçuş rejimində nəşrlərinizi yaradın, qoşulma sürəti gücləndikdə materiallar avtomatik dərc ediləcək" – yeniləmənin təsvirində deyilir.

“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Facebook” rəsmisi başqa mobil platformalar üçün tətbiqlərdə və veb-versiyada analoji funksionallığın çıxarılacağı vaxtı dəqiqləşdirməyib.
Xatırladaq ki, “Facebook”un mobil xidmətlərindən aylıq milyarddan çox istifadəçi yararlanır.

Emil Hüseynov




16/05/14    Çap et