Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Avstriyaya səfər edəcək


Dünya İqtisadi Forumunun (Davos Forumu) təşkilatçılığı ilə 7-9 iyun tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Avropa və Mərkəzi Asiya ölkələri üçün Forum təşkil edilib.
Forumda Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təmsil edəcək.
Forum çərçivəsində nazir TASİM layihəsi, həmçinin ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr və planlar haqda tədbir iştirakçılarını məlumatlandıracaq.
Azərbaycan-Avstriya Birgə Qarışıq Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri olan Əli Abbasov səfər müddətində Komissiyanın Avstriya tərəfindən həmsədri, Avstriyanın iqtisadiyyat, ailə və gənclər üzrə federal nazir müavini xanım Bernadette Qerlinqerlə görüşəcək.
Eyni zamanda nazirin Avstriyada rabitə və İKT sahəsinə cavabdeh nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxardt ilə ikitərəfli görüşünün, o cümlədən “Avstriya-Azərbaycan Ticarət Palatası”nın (ATAZ) üzvü olan İKT şirkətləri qarşısında ölkəmizdə rabitə və İKT sahəsindəki layihələrin təqdim edilməsi və potensial sərmayəçilərin cəlb edilməsi üçün görüş-təqdimat mərasiminin təşkili nəzərdə tutulub.




06/06/11    Çap et