Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Müasir elmdə innovasiyalar” IV beynəlxalq yaz simpoziumu keçiriləcək


Mayın 31-də Rusiya Federasiyasının Taqanroq şəhərində "Müasir elmdə innovasiyalar" IV beynəlxalq yaz simpoziumu keçiriləcək. Bu barədə AMEA Elmi İnnovasiya Mərkəzindən  (EİM) bildirilib.
 
Mərkəzdən qeyd edilib ki, simpoziumun bölmələrinə "Müasir istehsalatda innovativ tendensiyalar", "Təhsil fəaliyyətində innovasiya texnologiyaları", "Sosial sahədə innovasiya", "İnsan fəaliyyətinin müxtəlif sahələrində informasiya texnologiyaları", "İqtisadiyyat və biznesdə innovasiyalar" və s. daxildir.
 
EİM-dən qeyd edilib ki, qiyabi şəkildə keçiriləcək tədbirə maraqlananlar qoşula bilərlər.
 
 
Həqiqət İSABALAYEVA




17/05/14    Çap et