Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“PayPal” servisi “Bitcoin”i əlavə etməyə hazırlaşır


Bu ay “eBay” saytında “virtual valyuta” bölməsini  əlavə edib və bununla “Bitcoin” kimi resursların istifadəçilərinə rəqəmli valyuta alış-verişlə məşğul  olmaq imkanı təqdim edib.
 
“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, artıq şirkət öz kriptovalyutasını “Paypal”  xidməti vasitəsilə yaya bilər.

“eBay”in rəhbəri Jon Donaxyu bildirib ki, onun şirkəti “Bitcoin”i gələcəkdə oyun qaydalarını dəyişə biləcək, potensial inqilabi texnologiya hesab edir.   
 
Hazırda “Paypal”ın da nə vaxtsa Bitcoin”i öz xidmətinə əlavə edəcəyinə heç bir zəmanət yoxdur. Lakin Donaxyunun bəyanatları, həmçinin bu yaxınlarda “eBay”ın saytında açılan virtual valyuta bölməsi, bu valyuta növündən  istifadəçilərinin də yararlana biləcəyinə ehtimal yaradır.
 
Aynur Vəliyeva
 




20/05/14    Çap et