Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”un direktorunun vəziyyəti sabitləşib


“Samsung” şirkətinin baş direktoru Li Qon Xi reanimasiyadan ümumi palataya keçirilib, belə ki, onun vəziyyəti xeyli yaxşılaşıb. Həkimlər 72 yaşlı milyarderin həyatı üçün təhlükə görmür.
 
"Cənab Li Qon Xinin bütün test nəticələri göstərib ki, onun vəziyyəti sabitdir" – “Samsung”un Tibb Mərkəzindən məlumat verilib. Xatırladaq ki, iş adamı mayın 11-də səhərə yaxın infarktdan xəstəxanaya yerləşdirilib.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Samsung”un direktorunun xəstəliyi ilə əlaqədar KİV-də korporasiya rəhbərliyinin onun oğluna ötürülməsi imkanı geniş müzakirə olunur.
 
Xatırladaq ki, Li Qon Xi infarktdan əvvəl də sağlamlıqdan ciddi əziyyət çəkib, ötən ilin avqustunda baş direktor pnevmoniyadan müalicə alıb, 90-cı illərin sonlarında isə “Samsung” direktoru ağciyər xərçəngi ilə mübarizə aparıb.
 
Emil Hüseynov




21/05/14    Çap et