Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regional Rabitə Birliyinin insan resurslarının inkişafı üzrə komissiyasının iclası keçiriləcək


İyunun 3-4-də Düşənbədə Regional Rabitə Birliyinin  (RRB)  İnsan resurslarının inkişafı üzrə komissiyasının 25-ci iclası, MDB ölkələri üçün Beynəlxalq Rabitə İttifaqının “Ustalıq mərkəzi”  İdarəetmə Komitəsinin 11-ci iclası və  “RRB-nin telekommunikasiyaların inkişafı sahəsində beynəlxalq və regional prioritetləri” mövzusunda seminar keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin RRB-nin rəsmi saytına istinadən verdiyi məlumata əsasən,  MDB ölkələri üçün Beynəlxalq Rabitə İttifaqının “Ustalıq mərkəzi”  İdarəetmə Komitəsinin 11-ci iclasında mərkəzin gələcək fəaliyyəti, RRB-nin üzvü olan ölkələrin rabitə və informasiya texnologiyaları sahəsində mütəxəssislərin hazırlanması üzrə təhsil institutlarının fəaliyyət istiqamətlərinin reallaşdırılması proqramının layihəsi və s. məsələlər müzakirə ediləcək.
 
Aynur Vəliyeva




22/05/14    Çap et