Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell”dən “Fantaziya futbol Dünya çempionatı” onlayn oyunu


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti futbol həvəskarlarına əyləncəli onlayn oyun təqdim edir. İstənilən operatorun abunəçisi bu pulsuz onlayn oyuna qatılmaqla  Dünya çempionatında iştirak edən müxtəlif komandaların oyunçularından ibarət komanda yığır və virtual həyatda onun həm baş məşqçisi, həm baş direktoru, həm də meneceri olur.
 
Bu oyunun ən uğurlu istifadəçilərini müxtəlif hədiyyələr gözləyir:
 
 
 
 
 
 
 
Oyuna qatılmaq üçün “www.ffworldcup.bakcell.com” saytında pulsuz qeydiyyatdan keçərək şəxsi profil yaratmaq lazımdır. Bundan sonra Dünya çempionatında iştirak edən müxtəlif oyunçuları seçməklə istifadəçi öz fərdi komandasını yaradır. İstifadəçi Dünya çempionatının matçlarını izləyir və komandasında olan oyunçuların ona qazandırdığı xallar və uğurların sahibi olur.
 




23/05/14    Çap et