Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İvanovkada müasir üslublu poçt şöbəsi istifadəyə veriləcək


Regionlarda ən müasir tələblərə cavab verən və bütün texnologiyaların tətbiq edildiyi korporativ üslublu poçt şöbələri tikilir. Bu istiqamətdə hazırlanan tədbirlər planına uyğun olaraq İsmayıllı Poçt Filialının İvanovka və Qalagah kənd poçt şöbələrinin vətəndaşların istifadəsinə verilməsi gözlənilir.

Bu poçt şöbələrində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pulköçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılacaq.
 
RƏVAN




23/05/14    Çap et