Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Gürcüstanda baş verən sürüşmə ilə bağlı tədqiqatlar aparmaq üçün ərazidə 3 seysmik mobil stansiya quraşdırıb


Gürcüstan Respublikasında baş verən sürüşmə hadisəsi ilə bağlı tədqiqatlar aparmaq üçün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - şöbə müdiri Hidayət Tahirov və mühəndis Şahin Məmmədov bu ölkəyə ezam ediliblər.
 
 RSXM əməkdaşları sürüşmə zonasında seysmik fonun vəziyyətinə dair müşahidə aparmaq üçün ərazidə 3 seysmik mobil stansiya quraşdırıblar və  müşahidələrə başlanılıb.
 
AMEA nəzdində RSXM-in İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızının sözlərinə görə, qonşu ölkədəki fəlakət zonasında Azərbaycan seysmoloqlarının seysmoloji tədqiqatlar aparması üçün Gürcüstan Seysmoloji Mərkəzinin rəhbərliyi  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət edib.
 
 
 
HƏQİQƏT
 
 
 
 
 
 
 
 
 
 
 





24/05/14    Çap et