Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” yüksəkdəqiqlikli xəritə istehsalçısını satın almağa hazırlaşır


“TechCrunch” nəşri üç anonim mənbəyə istinadən yazır ki, “Google” şirkəti “SkyboxImaging” peyk şirkətini satın almağı planlaşdırır. Saziş 1 milyard dollar dəyərində qiymətləndirilir.

“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “SkyboxImaging” şirkəti yerətrafı peyklərdən yüksəkdəqiqlikli  təsvirlərin çəkilişi ilə məşğul olur. Bu, şirkətə yüksək təsvir ölçülü xəritə tərtib etməyə və interaktivvideokartlar yaratmağa imkan verir. “TechCrunch” nəşri hesab edir ki, internet nəhəngi “SkyboxImaging” texnologiyalarından “GoogleMaps” xidməti üçün istifadə edə bilər. “Google” bu informasiyaya heç bir münasibət bildirməyib, “SkyboxImaging” şirkətinin rəsmiləri isə “Techcrunch” nəşrinin sualına cavab verməyiblər.

Emil Hüseynov





26/05/14    Çap et