Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Barmaq izləri ötürücüsü ilə təchiz edilmiş smartfonların satış həcmi 11 dəfə artacaq


2013-cü ildə “Apple” öz smartfonlarında barmaq izlərinin identifikasiyası ötürücüsündən istifadəyə başlayıb. Bundan sonra bir çox şirkətlər “alma” korporasiyasının yeniliyini tətbiq edib.

“DigiTimes” informasiya portalı mənbələrinə istinadən yazır ki, cari ilin ikinci yarısında Tayvanın mikrosxem istehsalçıları arasında daktiloskopik ötürücülərin istehsalına sifarişlərdə ciddi rəqabət gözlənilir.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IHS” analitiklərinin qiymətləndirməsinə əsasən, 2013-cü ildə barmaq izlərinin skaneri ilə təchiz edilmiş smartfonların satış həcmi 45,7 milyona çatıb. 2017-ci ildə sözügedən qurğuların satışı artıq 525 milyon təşkil edəcək.
Hazırda insanın barmaq izlərini tanıyan ən böyük ötürücü tədarükçüləri “AuthenTec”, “Fingerprint Cards AB” və “Validit” şirkətləri hesab edilir.

Emil Hüseynov




27/05/14    Çap et