Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenovo Vibe Z2 Pro” smartfonu nümayiş etdiriləcək


“Lenovo” şirkəti yeni “Vibe Z2 Pro” qabaqcıl smartfonunu hazırlayır. Öz sələfindən fərqli olaraq, yeni cihaz metal korpusa malik olacaq, qalınlığı 7,7 mm təşkil edəcək.
 
“ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Vibe Z2” aparatının texniki xarakteristikaları sirr kimi saxlanılır, amma artıq məlumdur ki, smartfon 2560x1440 nöqtə təsvir ölçülü 6 düymlük sensor ekran, 2.5 QHs takt tezlikli “Snapdragon 801” prosessoru, həmçinin sabitləşmə və ikiqat işıqlandırmaya malik 16 meqapiksellik kamera ilə təchiz edilib.
 
Ekranın təsvir ölçüsünə görə artan enerji sərfiyyatını “Lenovo” şirkəti 4000 milliamper/saat tutumunda akkumulyatorla kompensasiya etməyi planlaşdırır.
 
Emil Hüseynov
 




27/05/14    Çap et