Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada mobil əməliyyat sistemlərinin vəziyyəti araşdırılıb


“Kantar” analitik şirkəti Avropanın ən böyük bazarlarında mobil əməliyyat sistemlərinin bazar payı haqda növbəti hesabat dərc edib. Aprelə olan vəziyyətə görə, “Android” mobil əməliyyat sistemi (72.4%) lider olaraq qalır. İspaniyada bu ƏS-nin payı 86.1% təşkil edir. İkinci yerdə “iOS” (17.5%), üçüncüdə “Windows Phone” (8,4%) qərarlaşıb.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Yaponiya yeganə ölkədir ki, “iOS” platformasının payı “Android”in bazar payını ötür.
 
Emil Hüseynov




27/05/14    Çap et