Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

90% istifadəçi “Ctrl+F” vasitəsilə axtarış haqqında xəbərsizdir


“Google” şirkətinin tədqiqatına əsasən, əksər istifadəçilər “Ctrl+F” düymələrinin kombinasiyası vasitəsilə lazımi mətn hissəsini sənəd və ya veb-sənəddə tapmaq mümkün olduğundan xəbərsizdirlər.

Axtarış antropoloqu Den Rassel bir neçə min amerikalının kompyuterdə iş bacarıqlarını araşdırdıqdan sonra belə nəticəyə gəlib. Onun sözlərinə görə, səhifədə nəyi isə tapmaq zəruri olduqda 90% istifadəçi informasiyanı visual (gözləri ilə) axtarır.

Den Rassel “Ctrl+F” klavişlərinin kombinasiyası vasitəsilə “fokus” (mətn hissəsini tapmağı) göstərdikdə onlar heyrətlənmişdilər.




22/08/11    Çap et