Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil kontaktsız ödəmə istifadəçilərinin sayı 300 milyona çatacaq


“Juniper Research” analitik şirkətinin tədqiqat hesabatına əsasən, 2017-ci ilədək mobil telefonların köməyi ilə kontaktsız ödənişlər həyata keçirən istehlakçıların sayı 300 milyona çatacaq. 2013-cü ildə bu göstərici 110 milyon olub.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, bir çox regionlarda mobil kontaktsız ödənişlər texnologiyası fəal inkişaf edə bilər, çünki orada kontaktsız bank kartları populyarlaşır. Bundan başqa, elektron ödənişlər üçün “VeriFone” və “Ingenico” kimi ən böyük texnologiya və avadanlıq istehsalçıları öz POS-terminallarını “NFC (Near Field Communications)” texnologiyası ilə təchiz edib.

Emil Hüseynov




04/06/14    Çap et