Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlərimiz “Energetikada elmdən innovasiyalara doğru” layihəsi üzrə təşkil olunmuş tədbirdə iştirak edəcək


Azərbaycanda bərpa olunan enerji mənbələri və enerji effektivliyi sahəsində çalışan biznes və elmi ictimaiyyət nümayəndələri “Energetikada elmdən innovasiyalara doğru:
 
Avropa mehriban qonşuluq siyasəti ölkələri ilə energetikada tədqiqat və innovasiyalar arasında uçurumun aradan qaldırılması üzrə əməkdaşlığın inkişafı” (http://www.ener2i.eu) layihəsi çərçivəsində Şərq tərəfdaşlığı ölkələri üçün təşkil olunmuş xüsusi broker tədbirində iştirak etməyə dəvət olunur.
 
 
AMEA-dan verilən məlumata görə, məqsəd Şərq tərəfdaşlığı (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan) və Avropa Birliyi ölkələri arasında elm və biznes sahələri üzrə birbaşa əlaqələrin yaradılması və yeni layihələrin həyata keçirilməsinə təkan verməkdir. Tədbir 23 iyun 2014-cü il tarixdə Brüsseldə (Belçika) dayanıqlı energetika həftəsi çərçivəsində keçiriləcək.
 
 
Həqiqət İSABALAYEVA




04/06/14    Çap et