Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony PSP” oyun konsolu satışdan çıxarılacaq


“Sony” şirkəti 2004-cü ildə buraxılmış “PSP” yığcam oyun konsolu, həmçinin sələfi “PlayStation Vita”nın satışlarını dayandırmağı planlaşdırır. Konsollar artıq iyunun sonunda Yaponiyada, bir qədər sonra isə Avropada mağazalardan yığışdırılacaq.
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “PSP” yığcam oyun konsollarının son zamanlar xeyli populyarlaşmış smartfon və planşetlərlə rəqabətdə geri qalması onların satışlarının dayandırılmasının əsas səbəbi kimi göstərilir.
 
Məsələn, indiyədək təxminən 4,2 milyon “PlayStation Vita” konsolu satılıb, halbuki smartfon istehsalçıları yalnız bir rübdə xeyli cihaz satırlar.
 
Emil Hüseynov




04/06/14    Çap et