Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “ağıllı ev” bazarına daxil olur


“Apple” şirkəti “WWDC” konfransında ev elektron qurğularının təhlükəsizliyi və idarə edilməsi əlavəsinə yönəldilmiş “HomeKit” modulu daxil olan “iOS 8” əməliyyat sistemi üçün SDK paketini təqdim edib.

 “ICTnews” xəbər xidmətinin “www.it-top.ru” saytına istinadən verdiyi məlumata əsasən, faktiki olaraq bu, şirkətin “ağıllı ev” sistemləri bazarına daxil olmasını göstərir və gələcəkdə “iBeacon” simsiz rabitə texnologiyasının tətbiqini nəzərdə tutur. Əlavələrin işində səsli komandaların verilməsi daxil olmaqla  “iOS”-un bütün qabaqcıl imkanları istifadə ediləcək. Lakin “Apple” şirkəti “Google”dan fərqli olaraq yaşayışın avtomatlaşdırılması üzrə bazarı zəbt etməyə çalışmır.
 
Ekspertlərin proqnozlarına əsasən, yaxın zamanda artıq “Samsung” şirkətinin də “ağıllı ev” bazarına çıxışını gözləmək olar.
 
Aynur Vəliyeva




04/06/14    Çap et