Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"iWatch" saatları oktyabrda satışa çıxarılacaq


ABŞ-ın "Apple" şirkəti sentyabrda "iWatch" saatını nümayiş etdirəcək. Bu haqda "Los Angeles Times" qəzeti yazıb.
 
Nəşr yazır ki, qurğu artıq oktyabrdan satışa çıxarılacaq, onun qiyməti 199-299 dollar arasında olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, "ağıllı" saatın köməyilə istifadəçi öz sağlamlığına, yuxusuna nəzarət edə, nəbz və qət edilmiş addımların sayını ölçə biləcək. Qurğu "iOS" mobil platformasında işləyəcək. "Ağıllı" saatda bükük OLED-ekrandan istifadə edilib.
 
Bundan əvvəl şirkətin baş vitse-prezidenti Eddi Kyu demişdi ki, 2014-cü ildə "Apple" şirkəti ən yaxşı məhsullarını buraxmağa hazırlaşır.
 
"Apple" noutbuk və "Mac" masaüstü kompüterləri, "OS X" əməliyyat sistemi, "iOS" mobil platforması, "iPhone" və "iPad" qurğularını istehsal edən ABŞ şirkətidir.
 
Korporasiyanın kapitallaşdırma dəyəri 542,13 milyard dollar təşkil edir.
 
Emil Hüseynov




07/06/14    Çap et