Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda kənd təsərrüfatı sahəsinə dair elektronlaşdırılan xidmətlərin siyahısına yeniləri əlavə olunub


Kənd Təsərrüfatı Nazirliyinin göstərdiyi daha 3 elektron xidmət “Elektron hökumət” portalı üzərindən təqdim olunacaq.
 
Portala “Bitki və bitkiçilik məhsullarının idxalına idxal karantin icazəsinin verilməsi üçün müraciət və sənədlərin qəbulu”, “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması üçün müraciət və sənədlərin qəbulu” və “Bitki və bitkiçilık məhsullarının ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi üçün müraciət və sənədlərin qəbulu” elektron xidmətləri inteqrasiya edilib.
 
Bununla da “Elektron hökumət” portalında kənd təsərrüfatı sahəsi üzrə istifadədə olan xidmətlərin sayı 19-a çatıb.
 
CAHANGİR
 
 




07/06/14    Çap et