Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Guardian” keçmiş SSRİ ölkələri haqda yeni onlayn layihə istifadəyə verib


Britaniyanın “The Guardian” qəzeti keçmiş Sovet İttifaqı ölkələrində baş verən hadisələrə həsr olunmuş “Yeni Şərq” onlayn-layihəsini istifadəyə verib.
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, sayt ingilisdilli olacaq.
 
Bu saytda Rusiya, Şərqi Avropa və Orta Asiya ölkələri  üzrə ekspertlərin məqalələri dərc olunacaq. Bəzi məqalələr rus dilinə tərcümə ediləcək.

Layihənin yaradılması səbəbi, Ukraynada baş verən münaqişələr fonunda daha çox nəzərəçarpan keçmiş SSRİ ölkələri haqda xəbərlərin və təhlillərin az olması ilə bağlıdır.

Saytın məqalələri “EurasiaNet” portalı ilə əməkdaşlıq əsasında hazırlanacaqlar.
“Guardian”, eyni zamanda müəyyən ölkələr üzrə ixtisaslaşan tərəfdaşları ilə işləyəcək.
 
Aynur Vəliyeva




10/06/14    Çap et