Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan florası üzrə məlumat bazalarının yaradılması istiqamətində əməkdaşlıq genişləndirilir


Azərbaycan florası üzrə yeni formatlı məlumat bazası yaradılacaq. Eyni zamanda
AMEA Botanika İnstitutu ilə "Succov Fondu" arasında yeni layihələr həyata keçiriləcək. Artıq bu istiqamətdə tərəflər arasında keçirilən görüşdə razılıq əldə edilib.
 
AMEA Botanika İnstitutunun direktoru, b.e.d, professor Validə Əlizadə ilə "Succov Fondu"nun nümayəndələri - Dr. Sebastiyan Şmit və Dr. Til Dietevia, Arndt Universitetinin (Almaniya) nümayəndəsi Dr. Sabrina Rilke arasında baş tutan görüşdə qonaqlar apardıqları tədqiqat işləri haqqında məlumat verərək müasir məlumat bazasının yaradılması istiqamətində əldə etdikləri yeni nailiyyətləri nümayiş etdiriblər.
 
 
 İnstitutdan qeyd edilib ki, son illər Botanika İnstitutunda beynəlxalq əməkdaşlıq çərçivəsində bu sahədə həyata keçirilən əhəmiyyətli işlər, xüsusilə institutun herbari kolleksiyasının məlumatı və şəkillərinin Avropa virtual məlumat bazasına yerləşdirilməsi təşəbbüsü böyük maraqla qarşılanıb.
 
 
Həqiqət İSABALAYEVA




10/06/14    Çap et