Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“British Airways”ın qabaqcıl mobil əlavəsi indi Azərbaycan istifadəçilərinə təqdim edilib


Mobil qurğular vasitəsilə aviabilet sifariş edən sərnişinlərin sayı son iki il ərzində 290 faiz artıb. Bu da bir çox aviaşirkətlərin  smartfonlar üçün ən qabaqcıl mobil əlavəni istifadəyə verməsinə zəmin yaradıb. “British Airways”ın qabaqcıl mobil əlavəsi də bu qəbildəndir. 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sözügedən servis bir düymənin toxunuşu ilə şəxsi, vacib və təcili məlumatı əldə etmək imkanını yaradır.
Müştərilərin səyahətlərini asanlaşdıran pulsuz əlavəni “ba.com/apps” veb-saytından yükləmək mümkündür. Əlavə Böyük Britaniya, Avropa, Asiya və ABŞ-da geniş tədqiqatlar nəticəsində hazırlanıb ki, “iPhone” və “Android” istifadəçiləri bu əlavədən yararlana bilər. “British Airways”ın qabaqcıl mobil əlavəsindən indi Azərbaycan istifadəçiləri də istifadə edə bilər.
 
Əlavə hazırlanarkən, ən müvafiq informasiyanı ekranın yuxarısında yerləşdirməklə, müştərilərin tələbləri nəzərə alınıb. Ekranın fonu gələcək uçuşun informasiyası əsasında qurulur və səyahətin mərhələsindən asılı olaraq yerin seçimi imkanını, hansı və təyinat yerinin hava şəraitini müştərinin diqqətinə çatdırır.
 
Yeni əlavə “British Airways” aviaşirkətinin müştərilərinə sifariş aspektini istər yolda, havada və ya evdə idarə etmək imkanını yaradır. Mobil əlavə vasitəsilə müştərilər yer seçib, sifarişi dəyişib, “Executive Club”un hesabını idarə edib və “online” qeydiyyatdan keçə bilərlər. Son 3 il ərzində “British Airways”ın mobil minik talonundan istifadə 650%-dən çox artıb və yeni əlavə müştərilərə daha asan mobil minik talonundan istifadə etmək imkanını yaradır.
 
Yeni “ba.com” mobil əlavənin işə salınması aviaşirkətin müştəriləri üçün rahatlığı təmin etmək üçün “British Airways”ın öhdəliyinə götürdüyü yeni təyyarələrə, kabinələrə, yaraşıqlı zallara və yeni texnologiyalara yatırdığı 5 mlrd. funt-sterlinq həcmində investisiyaların bir hissəsidir.
 
Mobil əlavəni hazırda “iTunes App Store” və “Android Market”də pulsuz yükləmək mümkündür.
 
Aynur Vəliyeva




11/06/14    Çap et