Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məhkəmələrdə protokollar elektron qaydada hazırlanacaq


Azərbaycan məhkəmələrində protokollar elektron qaydada hazırlanacaq.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə verdiyi açıqlamasında Yasamal Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) eksperti Ramin Qurbanov məlumat verib.
 
 O bildirib ki, protokolların elektron qaydada hazırlanması hakimlərin vaxtına qənaət edilməsinə gətirib çıxardacaq.
 
 
“Bəs nə zaman Azərbaycanda bütün məhkəmə sistemi elektron məhkəmə sisteminə qoşulacaq”- sualını cavablandıran R.Qurbanov deyib ki, onlar məhkəmələrin bütün binalarının monitorinqini aparacaqlar və binaların elektron məhkəmə sisteminin tətbiqinə nə dərəcədə hazır olduğunu öyrənəcəklər: “Əsas deyil ki, binalar sökülsün, bu binaların elektron məhkəmə sisteminə uyğunlaşdırılmasına çalışacağıq.  Ancaq Gədəbəy və digər rayonlarda qədim, yararsız binalarda yerləşən məhkəmələrdə hansı elektron məhkəmənin tətbiqindən söhbət gedə bilər? Yeni məhkəmə binaları da tikilməlidir. Paralel olaraq məlumat, ehtiyat mərkəzləri də yaradılmalı, hakimlərə təlimlər keçirilməlidir. Bakıda və regionlarda məhkəmələrin bir kompleksdə yerləşdirilməsinə çalışılacaq”.
 
 
SEYMUR




12/06/14    Çap et