Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan “Tier1” operatorlarının şəbəkələrinə çıxışlarını genişləndirir


Azərbaycanın ilkin provayderi “Delta Telecom” şirkəti beynəlxalq arabağlantılarının sayını artırır.
 
Şirkətin texniki direktoru Atəş Rzayevin “ICTnews” xəbər xidmətinə verdiyi   məlumata əsasən, hazırda “Delta Telecom” beynəlxalq “Tier1” operatorlarının şəbəkələrinə çıxışların genişləndirilməsi istiqamətində işlər aparır.

“Bunun əsas məqsədi qlobal internet şəbəkəsinə mövcud olan çıxışların rezervləşdirilməsi və alternativ çıxışlar yaratmaqdır. Hazırda bizim “Telia Sonera” şəbəkəsinə üç istiqamətdən çıxışımız var. Bununla yanaşı,  biz “İPv6” bağlantıları yaradırıq ki, gələcəkdə bu protokola keçidi asanlaşdıraq”,- deyə o bildirib.
 
Aynur Vəliyeva    




18/06/14    Çap et