Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ilk 100 metrlik “USB 3.0” kabeli yaradılıb


“EverPro” və “Cypress Semiconductor” şirkətlərinin mütəxəssisləri 100 metr uzunluğunda dünyada ilk “USB 3.0” kabeli yaradıblar.
 
Qeyd edək ki, hazırda təcrübədə 3 metr uzunluğunda kabellər istifadə olunur.
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, yeni kabel “U3C A0A0-100 USB 3.0” nişanına malikdir. Kabel uzaq məsafədə yerləşən avadanlığın qoşulması üçün ofislərdə geniş tətbiq edilə bilər. İstehsalçılar bildiriblər ki, kabel vasitəsilə məlumatlar 100 metr məsafədə ötürülür, ancaq mobil qurğuların enerji ilə doldurulmasına yaramır.
 
Emil Hüseynov




19/06/14    Çap et