Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry Passport”: “QWERTY” klaviaturalı fablet


"BlackBerry" şirkəti növbəti "Passport" smartfonunun satışına hazırlaşır. Aparat 1440x1440 nöqtə kvadrat təsvir ölçülü 4,5 düymlük ekran, həmçinin avtokorreksiya funksiyasına malik "QWERTY" klaviatura ilə təchiz edilib.

"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Windermere" kod adı ilə tanınan qurğu sentyabrda təqdim ediləcək. Təqdimat Londonda keçiriləcək.  Şirkətin baş direktoru Con Çen deyib ki, "Windows Phone" əməliyyat sistemi üçün "BBM" messencerinin çıxarılması iyula planlaşdırılıb.

"BlackBerry" şirkəti konfransda investorları təəccübləndirib. Belə ki, ötən rübdə 23 milyon dollar məbləğində gəlir əldə edib.

Emil Hüseynov




20/06/14    Çap et