Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalına daşınmaz əmlaka dair yeni xidmət inteqrasiya olunub


Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) "Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi" elektron xidməti "Elektron hökumət" portalında istifadəyə verilib.
 
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla) üçün müraciətlərin elektron qaydada qəbul edilməsi və elektron xidmət istifadəçisinə daşınmaz əmlak obyekti barədə məlumatların verilməsini əhatə edir.
 
 
ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin  ərazi idarələri elektron xidməti göstərən dövlət qurumu qismində çıxış edir.
 
 
Qeyd edək ki, interaktiv növlü elektron xidmətin həyata keçirilməsi üçün ödəniş tələb olunur.
 
CAHANGİR




24/06/14    Çap et