Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 6” istehsalçılarını yeni işçilər cəlb etməyə nə vadar edir?


“Foxconn” şirkəti yeni  “iPhone” modellərinin istehsalına hazırlıq çərçivəsində 100 mindən çox insanı işə götürmək niyyətindədir.
 
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, bu günədək Çində heç bir müəssisə bu qədər işçi işə götürməyib.
 
Eyni zamanda, “Apple” telefonlarının istehsalçılarından biri olan “Pegatron” şirkəti fabriklərindən birinin ştatını 30% artırdığını elan edib. İstehsalçılar işçilərinin sayını yeni “iPhone” modellərinə yüksək tələbat gözlədiklərinə görə artırırlar.
 
İstehsalın artıq iyul ayından etibarən başlanacağı gözlənilir. Sentyabr ayında isə yeni “iPhone”lar satışa çıxarılacaq. Böyük ekranlı modelin istehsalı çətin olsa da, istehsalçılar sentyabr ayınadək “iPhone 6”-nın istehsalını başa çatdırmaq niyyətindədirlər. Məlumata görə, yeni “iPhone”lar satışa sentyabrın 19-da təqdim ediləcək.
 
Aynur Vəliyeva
 




24/06/14    Çap et