Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekspertlər ən yaxşı ekrana malik planşetləri açıqlayıb


“DisplayMate Technologies” şirkətinin ekspertləri “Samsung Galaxy Tab S 10.5” cihazının ekranının müasir planşetlər arasında ən yaxşı olduğu qənaətindədirlər. “Amazon Kindle Fire HDX”  və “Apple iPad Air” planşetləri reytinqdə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Tab S” planşeti “OLED” texnologiyasına əsaslanan və 2560x1600 nöqtə təsvir ölçülü yüksək keyfiyyətli panellə təchiz edilib. Planşet 10,5 və 8,4 düymlük variantlarda əlçatandır. ABŞ-da qurğunun qiyməti 500 dollardan başlayır.
 
“DisplayMate” şirkətinin prezidenti Reymond Soneyra deyib ki,  “Samsung” planşetinin ekranı digərləri ilə müqayisədə daha yaxşı nəticə göstərib.
 
Emil




25/06/14    Çap et