Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” iki kamera ilə təchiz edilmiş beşinci nəsil “iPod Touch” pleyerini nümayiş etdirib


“Apple” şirkəti beşinci nəsil “iPod Touch” cib pleyerinin yeni modifikasiyasını nümayiş etdirib.

“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, yeni cihaz əvvəl bundan təklif edilmiş 32 və 64 QB tutumlu daxili fləş modula malik “iPod Touch” pleyerinin bir qədər ucuz versiyasını təşkil edir, bu halda yeni cihaz yalnız 16 QB tutumunda daxili yaddaşa malikdir.

Təqdim edilmiş 16 QB yaddaşa malik “iPod Touch” cib pleyeri 5 meqapiksellik “iSight” kamerası ilə təchiz edilib. Həmçinin ön paneldə 1.2 meqapiksellik “FaceTime” kamerası var. Bundan başqa, yeni qurğu çəhrayı, sarı, mavi, qırmızı, gümüşü və boz rəngli korpuslarda əlçatandır.
ABŞ bazarında yeni cihazın qiyməti 200 dollardır.

“iPod Touch” cib pleyeri “iOS 7” mobil əməliyyat sistemi ilə işləyir. Qurğu 4 düymlük 640x1136 nöqtə təsvir ölçülü “Retina” sensor displeyi, “Wi-Fi” və “Bluetooth” adapterləri, qiroskop, akselometr və “Lightning” konnektoru ilə təchiz edilib.

Emil Hüseynov




28/06/14    Çap et