Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Veb saytda ideyalarınızı bölüşmək imkanınız olsaydı, bunu nəyin müqabilində edərdiniz?


Veb saytda ideyalarınızı bölüşmək imkanınız olsaydı, bunu nəyin müqabilində edərdiniz? Gənclər və İdman Nazirliyi azərbaycanlı gənclərə məhz bu sualla müraciət edib. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində aparılan onlayn sorğu maraqlı göstəriciləri əks etdirir.
 
Hələlik davam edən sorğunun indiyə qədər verilən cavabları arasında ən çox “Təmənnasız, çünki mən bunu bir gənc kimi öz Vətənim üçün edirəm” variantı dəstəklənir. Respondentlərin 54.9 faizi qoyulan suala məhz bu cavaba səs verməklə münasibətlərini bildiriblər. “Müəyyən diplom-sertifikat müqabilində bölüşə bilərəm”, “Düşərgələrə dəvət qazanmaq müqabilində bölüşə bilərəm” variantlarının hər biri üzrə verilən cavab göstəricisi 13.7 faizdir.
 
“Müəyyən hədiyyə və ya pul vəsaiti müqabilində bölüşə bilərəm” deyənlərin sayı isə 7.8 faiz təşkil edir. “Digər” kateqoriyası üzrə fərqli cavabları olanların sayı isə 6.7 faizdir.
 

Həqiqət İSABALAYEVA




28/06/14    Çap et