Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın gömrük xidmətində həyata keçirilən innovativ layihələr İsveçrədə müzakirə edilib


Azərbaycanın gömrük xidmətində həyata keçirilən innovativ layihələr İsveçrədə müzakirə edilib. Müzakirələr Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin İsveçrə Federal Gömrük İdarəsinin Baş direktoru Rudolf  Dietrich ilə görüşündə aparılıb.
 
Komitədən verilən məlumata görə,  görüş A.Əliyevin ÜGT-nin Siyasi Komissiyasının 71-ci sessiyası və ÜGT Şurasının 123/124-cü sessiyasında iştirak etmək məqsədilə Belçika Krallığının Brüssel şəhərinə səfəri çərçivəsində baş tutub:
 
"Görüş zamanı İsveçrə tərəfinə Azərbaycan Gömrük Xidmətində son dövrlər həyata keçirilən bir sıra innovasiya layihələri barədə məlumat verilib və tərəflər arasında müxtəlif sahələr üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Görüşün nəticəsi olaraq tərəflər arasında mövcud əlaqələri inkişaf etdirmək və potensialın gücləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub".
 
 
 
Həqiqət İSABALAYEVA




02/07/14    Çap et