Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sisteminin təhlükəsizlik üzrə direktoru: “Antiviruslar lazımsızdır”


“Android” əməliyyat sisteminin təhlükəsizlik şöbəsinin aparıcı proqramçısı Adrian Lüdviq “Android” ekosisteminin təhlükəsizliyi, virus və antivirus proqramları ilə bağlı fikirlərini bölüşüb.
 
Onun sözlərinə görə, əksər şirkətlərin xəbərdarlığına baxmayaraq “Android” istifadəçilərinin smartfon və planşetlərdə antivirus proqram təminatı və ya digər informasiya təhlükəsizliyi alətləri quraşdırmasına ehtiyac yoxdur. A.Lüdviq hesab edir ki, bu proqramlar istifadəçilərin 99 faizi üçün faydasızdır.  
 
“Güman edirəm ki, mühafizəni heç vaxt təmin etməyəcək məhsula pul xərcləmək riskin səmərəsiz şəkildə azaldılmasıdır. Lakin insanlar əşyaları müxtəlif məqsədlər üçün alırlar”, - proqram təminatı üzrə mütəxəssis hesab edir.
 
“Android”in təhlükəsizlik üzrə direktoru onu da qeyd edib ki, ictimaiyyət “Google Play” kataloqunda əlavələrin qəbulu prosedurunu – digər kataloqlarla müqayisədə daha sərbəst rejimi düzgün başa düşmür. Əslində əlavələrin hamısı dərc olunmazdan əvvəl avtomatik yoxlanışdan keçir. İstifadəçinin rəsmi kataloqdan potensial zərərli əlavə yükləməsi riski çox şişirdilib. Bu hadisənin baş verməsinin mümkünlüyü çox aşağıdır.
 
“Android” sisteminin idarəetməsi ilə işləyən qurğuların populyarlığı digər əməliyyat sistemli qurğuların populyarlığını dəfələrlə üstələyir. Hazırda hər iki nəfərdən biri “Android” sistemli qurğulardan istifadə edir. “İnsanların çoxu praktikada heç vaxt “Google Play”-də zərərli əlavələrlə rastlaşmayıb. Lakin həqiqətdə insanların əksəriyyəti smartfonunda potensial zərərli əlavənin olduğu istifadəçiyə də rast gəlməyəcək. Odur ki, mənə elə gəlir risk şişirdilib”, - A.Lüdviq vurğulayıb.  
 
Antivirus şirkətlərin minlərlə virus və zərərli əlavələrlə bağlı hesabatlarını şərh edən mütəxəssis onları məlumatları düzgün izah etməməkdə günahlandırıb. Antivirus şirkətləri nə qədər qurğunun yoluxması barədə məlumat verməyərək zərərli əlavələrin sayını açıqlamağa üstünlük verirlər. Çünki rəqəmlər daima artdığından bu, onlara sərf edir. Vəziyyətin pisləşməsi görüntüsü yaradılır ki, bu da məhsulun satılması üçün əlverişlidir.
 
Qeyd edək ki, “Google” ilk dəfə deyil antivirus şirkətlərini tənqid edir. 2011-ci ildə digər tərtibatçı mobil qurğular üçün antivirus istehsalçılarını fırıldaqçı adlandırıb.  
 
Onu da vurğulamaq lazımdır ki, “Bitdefender for Android” antivirusunun tərtibatçıları A.Lüdviqin mövqeyi ilə qətiyyən razılaşmadıqlarını bildiriblər, - “Xaker www.xakep.ru” yazır.




07/07/14    Çap et