Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şifrləmə cinayət hallarının araşdırılmasına nə dərəcədə mane olur?


Kriptoqrafiya alətlərindən istifadə ABŞ-da cinayət hallarının təhqiqatına getdikcə daha çox mane olur. Belə ki, məhkəmə sisteminin statistikasına əsasən, ilk dəfə polis kriptoqrafiyadan istifadə ilə 2004-cü ildə rastlaşsa da, 2012-ci ilədək kriptoqrafiya mühafizəsinin öhdəsindən gələ bilib.
 
Şifrləmənin müdaxilə edə bilmədiyi ilk hadisə 2012-ci ildə qeydə alınsa da, növbəti ildə bu halların sayı rekord həddə çatıb. Şifrləmədən 2013-cü ildə izlənmənin aparıldığı 3500 şübhəli şəxsin 41 nəfəri istifadə edib. Bu halların doqquzunda mühafizə dözümlülük nümayiş etdirib.
 
Ekspertlər hesab edirlər ki, şifrləmə proqramlarının populyarlığı ABŞ Milli Təhlükəsizlik (MTA) Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden tərəfindən açıqlanan məxfi sənədlərdən sonra artıb. Sənədlərdə MTA və digər kəşfiyyat xidmətləri tərəfindən rabitə əlaqələrinin kütləvi şəkildə ələ keçirilməsindən danışılıb. Mütəxəssislər əmindirlər ki, 2014-cü ilin statistikası bu proqramların daha da populyar olmasını göstərəcək.
 
Hesabatda şübhəli şəxslərin rabitə əlaqələrinin ələ keçirilməsi ilə bağlı əməliyyatlara xərclər qeyd olunur. 2013-cü ildə belə əməliyyatlara xərclərin həcmi 18 faiz azalaraq bir əməliyyat üçün orta hesabla 41 119 dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə rabitə vasitələrinin dinlənilməsi bir abunəçi üçün 62 164 dollara – indikindən dəfə yarım artıq başa gəlib, - “Xaker www.xakep.ru” yazır.  




07/07/14    Çap et