Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərbaycanda telekommunikasiya və poçt” statistik məcmuəsi nəşr olunub


“Azərbaycanda telekommunikasiya və poçt” statistik məcmuəsi nəşr olunub. Nəşrdə ölkə rabitəsinin vəziyyətini, onun inkişaf dinamikasını izləməyə imkan verən statistik məlumatlar toplanıb.


Dövlət Statistika Komitəsinin məlumatına görə, məcmuədə, həmçinin rabitənin infrastrukturu, inkişaf dinamikası və MDB ölkələrində bu sahədə əldə olunan göstəricilərə dair məlumatları yer alıb. Burada informasiya və rabitə, poçt xidmətləri, televiziya və radiorabitə, qeyri-dövlət sektorunun inkişafı, rabitə müəssisələrində çalışan işçilərin sayı və orta aylıq əmək haqqı, regionlar üzrə rabitənin vəziyyəti, əhalinin telefon təminatı haqqında məlumatlar da verilib.


Məcmuənin elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Telekommunikasiya və poçt" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanda telekommunikasiya və poçt - 2014" (653 KB) linki vasitəsilə əldə etmək olar.




08/07/14    Çap et