Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan dili “Gmail” poçt xidmətinə inteqrasiya edildi


Elektron poçt universal ünsiyyət üsuludur. Lakin burada, “Google” şirkətinin aradan qaldırmaq istədiyi bir vacib maneə var. Şirkətdə elektron poçt vasitəsi ilə ünsiyyətin tam universal olması üçün tədbirlər görülür.
 
Bu günədək “Gmail” 58 dildə fəaliyyət göstərirdi və korporasiyanın bloqunda dil çeşidinin 71-dək artacağını bildirən məlumat yerləşdirilmişdi.
Bu cür geniş dil çeşidi internet istifadəçilərinin 94 faizini əhatə edir. “Gmail” ailəsinə qoşulmuş yeni 13 dil arasında Azərbaycan dili də var.
 
Bundan başqa, siyahı afrikaans, erməni, çin (Qonhonq), fransız (Kanada), qalisiya, gürcü, kxmer, laoss, monqol, nepal, sinqal və zulu dilləri ilə genişləndirilib.
 
 Bütün 13 dil artıq “Gmail” poçt servisinin veb-versiyalarında və smartfon üçün əlavələrində təqdim edilib.

Aynur Vəliyeva




08/07/14    Çap et