Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Spot 7” peykinin kosmosdan çəkdiyi ilk təsvirlər arasında Azərbaycan da var


“Airbus Defence and Space” şirkətinin orbitə çıxardığı “Spot 7” peykinin çəkdiyi ilk təsvirlər arasında Azərbaycanın da kosmosdan görünüşü var.

Qeyd edək ki, “Airbus Defence and Space” şirkətinin rəhbərliyinin may ayında Azərbaycana səfəri zamanı  “Azərkosmos” ASC ilə  strateji əməkdaşlıq və peyklərdən birgə istifadəyə dair Anlaşma Memorandumu imzalanıb və Azərbaycana olan maraq bundan qaynaqlanır.

“Spot 7” peyki şirkət tərəfindən iyunun 30-da orbitə çıxarılıb. Son bir neçə saat ərzində peyk üzərindən proqramlaşdırma, təsvirin telemetriyaya qəbulu və emalı üzrə funksiyalarının tam şəkildə istismarına başlanılıb və nəticə olaraq şirkət öz rəsmi səhifəsində ilk təsvirləri bölüşüb.
 
Aynur Vəliyeva




08/07/14    Çap et