Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Əli Abbasov Azərbaycanı RRB-nin Rabitə Administrasiyası Başçıları Şurasının 49-cu iclasında təmsil edib


15-17 iyul tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) rabitə administrasiyalarının təsis etdiyi Regional Rabitə Birliyinin (RRB) MDB sahə nazirləri və Rabitə Administrasiyası Başçıları Şurasının 49-cu və MDB ölkələrinin Koordinasiya Şurasının 20-ci iclasları keçirilib.
 
İclaslarda Azərbaycanı  rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.



 

Tədbir zamanı MDB ölkələrinin rabitə, informasiya, telekommunikasiya və radio-televiziya şəbəkələrinin səmərəli işi, şəbəkələrarası problemlərin sərhəd zonalarında tənzimlənməsi məsələlərinin həllinə dair müzakirələr aparılıb.
 



İclaslarda Azərbaycan nümayəndə heyəti ölkədə aparılan islahatlar, həmçinin TASİM/EuraCA, 2015-ci ildə ölkəmizdə  keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlıq üzrə  telekommunikasiya şəbəkələrinin vəziyyəti haqda iştirakçılara məlumat verib  və müzakirələrdə iştirak ediblər.
 



 İclaslar çərçivəsində Qazaxıstanın sahə üzrə naziri, həmçinin "Kazaxtelecom" əsas telekom operatorunun iştirakı ilə keçirilən ikitərəfli görüşdə TASİM/EuraCA layihələrinin regionun telekom və internet infrastrukturunun inkişafında mühüm rolu müzakirə edilib, Azərbaycanın telekom operatoru və "Kaztelekom"un birgə iştirakı ilə Xəzəraltı kabel çəkilişinin sentyabr ayında həyata keçirilməsi  qərara alınıb.
 
Məlumat üçün bildirək ki, avqust ayında Qazaxıstan tərəfinin mütəxəssisləri bu layihənin texniki və maliyyə aspektlərini müzakirə etmək üçün Bakıya səfərə gələcəklər.
Eyni zamanda, səfər müddətində nazir Əli Abbasov rusiyali həmkarı ilə ikitərəfli görüş keçirib.
 
Görüşdə  "BakuTel-2014" Beynəlxalq sərgi və konfransı çərçivəsində imzalanması nəzərdə tutulan "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil operatorları ilə Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi və mobil operatorları arasında beynəlxalq rouminq xidmətləri tariflərinin endirilməsinə dair Anlaşma Memorandumu"nun layihəsi ilə əlaqədar yekun danışıqlar aparılmış, o cümlədən TASİM/EuraCA layihələrinin həyata keçirilməsində rusiyalı operatorların maraqlı olduğu bir daha vurğulanıb.
 
Səfər çərçivəsində iclasda iştirak edən Belarus, Tacikistan administrasiya rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib , həmçinin iclasda Koreyanın Busan şəhərində keçiriləcək BTİ-nin Səlahiyyətli Konfransı zamanı seçkili orqanlara iddialı ölkələrin namizədlərı, xüsusilə Çin, Böyük Britaniya, Koreya, Türkiyə, Rusiya, Kanada, Nigeriyanın nümayəndələri ilə görüşlər keçirilib, ölkəmizin BTİ-nin əsas orqanı hesab edilən Şurasına namizədliyinin dəstəklənməsi üçün qarşılıqlı razılaşmalar əldə edilib.
 
Bundan başqa, 2-5 dekabr tarixində Bakıda keçiriləcək "BakuTel-2014" beynəlxalq sərgi-konfransında bu ölkələrin milli pavilyonlarla təmsil olunması, məhsul və xidmətlərinin nümayiş etdirilməsi  razılaşdırılıb.




18/07/14    Çap et