Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli Depozit Mərkəzi vahid interfeysin yaradılmasına dair kotirovka sorğusu elan edib


Azərbaycan "Milli Depozit Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti vahid interfeysin yaradılmasına dair kotirovka sorğusu elan edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sorğu qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının informasiya sistemlərinin "Milli Depozit Mərkəzi" QSC-nin Depozitar və Reyestrsaxlayıcı Sisteminə qoşulması üçün vahid interfeysin yaradılmasını nəzərdə tutur. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər iyulun 23-ü saat 13:00-dək qəbul olunur.

Maraqlanan təşkilatlar (012) 493-50-58 (366) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Kotirovka sorğusunun əsas şərtlər toplusu ilə tanış olmaq üçün "Milli Depozit Mərkəzi" QSC-yə müraciət etmək olar.
 
Aynur Vəliyeva




18/07/14    Çap et