Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” ən qısa domen adından ən qısa bağlantı xidməti üçün istifadə etdi


Cari ilin iyulunda “G.Co” qısa domen adını almış “Google” şirkəti bu ünvanda bağlantını qısaltma üçün yeni xidmətini istifadəyə verdiyini elan edib.

Bundan əvvəl “Google” nümayəndələri qeyd ediblər ki, internet nəhəng öz yeni domenindən “Gmail”, “Documents”, “Photos” və digər bütün məhsulları üçün bağlantıları qısaldan vahid xidmətin yaradılması üçün istifadə etməyi planlaşdırır.

Bugünkü gündə “G.Co” xidməti yalnız “Google Maps” kartoqrafiya xidmətində bağlantıların qısaldılması üçün istifadəyə verilib. Xəritədə hər hansı obyekt üçün bağlantını istifadəçi “URL” ünvanı "g.co/maps/xxxx" kimi əldə edəcək.




24/08/11    Çap et