Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ korporasiyası “Windows” sisteminin bütün versiyalarının birləşdirilməsi ilə bağlı planlarını açıqlayıb


ABŞ-ın "Microsoft" korporasiyasının icraçı direktoru Satya Nadella gələcəkdə "Windows" əməliyyat sisteminin bütün əsas versiyalarının bir universal əməliyyat sistemində birləşdirilməsinin nəzərdə tutulmasını təsdiqləyib. Bu məlumatı korporasiya direktoru maliyyə nəticələrini açıqlayan zaman bəyan edib.


"Microsoft" əvvəllər əməliyyat sistemlərinin unifikasiya edilməsi istiqamətində müəyyən addımlar atsa da, bunlar əsasən "Windows"un birləşdirilməsi ilə əlaqədar bəzi məqamlara aid olub. Bu dəfə isə S.Nadella hazırda mobil qurğular, kompüter və "Xbox" oyun konsolunda quraşdırılan bütün əməliyyat sistemlərinin bir-birindən fərqlənməsini tam aradan qaldırmağı planlaşdırır.


"Söhbət bütün ekranlarla işləyə biləcək əməliyyat sistemindən gedir. Biz "Windows"un növbəti versiyasında əvvəllər buraxılan bütün əməliyyat sistemlərinin imkanlarını bir araya gətirəcəyik", - S.Nadella vurğulayıb. 
Bundan başqa, "Microsoft" korporasiyasında ümumi arxitektura üzərində çalışacaq vahid tərtibatçılar heyəti yaradılacaq. Bu, əməliyyat sisteminin genişlənməsinə imkan verəcək və universal "Windows" əlavələrin yaradılmasına gətirib çıxaracaq.
 
Növbəti "Windows 9" əməliyyat sisteminin "Microsoft"un məhsulunun hazırkı versiyasından daha universal olacağı gözlənilir, - "Hi-TechNews www.hi-news.ru" yazır.




25/07/14    Çap et