Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində ən güclü lepton kollayder inşa olunacaq


2028-ci ilədək Çində elektron-pozitron kollayderin tikintisi planlaşdırılır. Yaxın iki ildə alimlər layihənin ilkin smetasını təqdim edəcəklər.

Nəzərdə tutulan kollayderin dairəsinin uzunluğu 52 kilometr təşkil edəcək ki, bu da Böyük Adron Kolleyderinin (BAK) dairəsinin uzunluğundan iki dəfə uzundur. Həmçinin elektronları sürətləndiriləcək enerji bir neçə yüz qiqaelektronvolta çatacaq. Hazırda üç milyard dollar məbləğində qiymətləndirilən maliyyələşmənin həcmindən asılı olaraq layihənin uzunluğu 80 kilometrədək artırıla bilər. Maliyyələşmənin əsas iştirakçısının Çin tərəfi olacağı nəzərdə tutulur, lakin maraq göstərən xarici tərəfdaşların da cəlb edilməsi istisna edilmir.

Sürətləndiricinin adron kollayderi rejimində fəaliyyət göstərməsi ayrıca müzakirə olunur. Enerji hissəcikləri – sürətləndiricinin hesablandığı adronların gücü 70 teraelektronvolt (TeV) təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, hazırda BAK-da dairə sürətləndiricisinin enerji hissəciklərinin 8 TeV-dən 14 TeV-dək modernləşdirilməsi həyata keçirilir. 80 kilometrlik sürətləndiricinin inşası ilə bağlı qərarın qəbul olunacağı təqdirdə onun gücü protonları 100 Tev-dək sürətləndirməyə imkan verəcək.

Çin alimləri qeyd edirlər ki, onlar gələcək kollayder üzərində iş üçün elementar hissəciklər fizikası üzrə mütəxəssislərin (Çində bu sahə üzrə mütəxəssis çatışmazlığı var) cəlb olunmasında maraqlıdırlar. Bununla yanaşı, çinlilər təkcə xarici alimlərə ümid etmək niyyətində deyillər.  

Lepton kollayder sürətləndirici dairəsində leptonların (ilk növbədə elektronlar və onların əks hissəcikləri olan pozitronlar) sürətləndirilməsi və toqquşması üçün nəzərdə tutulub. Bu göstəricilərə Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) BAK-a çevrilməmişdən əvvəl Böyük Elektron-Pozitron Kollayder qurğusu malik olub. BAK-dan sonra ABŞ-da yerləşən ikinci güclü sürətləndirici Tevatron da əsasən protonları toqquşduran adron kollayderlər sinfinə aiddir. Dairəsinin uzunluğu 6,3 kilometr təşkil edən sürətləndirici hissəciklərin bir TeV-dək enerji ilə toqquşmasına hesablanıb.

Hesab edilir ki, leptonların toqquşmasının öyrənilməsi Hiqqs bozonunun mənşəyini, xüsusilə onun daxili strukturunu daha yaxşı anlamağa imkan verəcək. Adronlardan – bir-birinə sıx bağlı və kvarklardan ibarət materiya hissəciklərindən fərqli olaraq leptonlar daxili strukturu ilə bağlı məsələnin açıq olmasına görə hazırda əsl elementar hissəciklər hesab edilir.  

Məlumat üçün bildirək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide ingilis dilində toqquşma deməkdir) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.      
Qurğu “CERN”-in rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində tikilib, - "Lenta www.lenta.ru” yazır.
 




25/07/14    Çap et