Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sistem inzibatçısı günü


2000-ci ildə amerikalı Ted Kekatos Sistem inzibatçısı günü (texniki dəstək və kompüter, şəbəkə və proqramların işinin optimallaşdırılması üzrə mütəxəssis) adlı yeni bayram təsis etməyə qərar verib.


“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Kekatos xüsusi sayt yaradıb, dəvətnamələr hazırlayaraq onları bütün dost və həmkarlarına göndərib. Bayram iyulun son cümə gününə təyin edilmişdi və ilk dəfə Çikaqonun kənarında piknikdə qeyd olunub.

Kekatosun ideyası sürətlə bütün dünyada populyarlaşaraq bir neçə il sonra sistem inzibatçılığı günü beynəlxalq bayram kimi qeyd edilməyə başlanıb. O vaxtdan etibarən ildə bir dəfə iyulun son cümə günü bu bayram qeyd olunur.

Emil Hüseynov




26/07/14    Çap et