Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kanada hakimiyyəti Çini hökumət şəbəkələrinə kiberhücumda ittiham edib


Kanada Çin hakerlərinin ölkənin Milli Tədqiqat Şurasının kompüterlərinə müdaxilə etmək cəhdini qeydə alıb və lazımi təhlükəsizlik tədbirlərini görüb.

Kanada hökumətinin rəsmi nümayəndəsi Korin Şarettin sözlərinə görə, bu yaxınlarda Kanada Çinin dövlət tərəfindən maliyyələşdirilən mürəkkəb yüksək texnologiyalı subyektinin Milli Tədqiqat Şurasının İT infrastruktur obyektlərinə kiberhücumunu qeydə alıb və təsdiq edib.

Hökumət təmsilçisi qeyd edib ki, kiberhücum hökumət kompüterlərinin təhlükəsizliyinə təsir göstərməyib. “Biz Kanada hökumətinin bütün şəbəkəsinin hücuma məruz qalmasını sübut edən dəlillərə malik deyilik. Şuranın kompüterlərinin ümumi hökumət sisteminə aidiyyəti yoxdur”, - o vurğulayıb.

Bu, Kanada təşkilatlarına Çin hakerləri ilə bağlılığı güman edilən ilk haker hücumu deyil. 2012-ci ilin sentyabrında Kanada hakimiyyəti yerli kompüter təminatı istehsalçılarını və enerji şirkətlərini təhlükə altına alan haker hücumlarının edilməsini bəyan edib. O zaman rəsmi Ottava hücumların arxasında Çin haker qrupunun dayanması barədə məlumatları şərh etməkdən imtina edib, - “RİA Novosti www.ria.ru” yazır.




30/07/14    Çap et