Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da tibbi məntəqənin tələbələri “Google Glass” üzərindən əməliyyat keçirəcək


“Cnet” nəşri yazır ki, Stenford Universitetinin gənc həkimləri öz cərrahlıq alətləri siyahısına “Google Glass” cihazını əlavə edəcəklər.
 
Təxmin edilir ki, əməliyyat zamanı tələbələrin gördükləri cərraha yayımlanacaq və sonuncu onların işinə düzəliş edə və öyrədə biləcək. Yayımla “CrowdOptic” şirkəti məşğul olacaq.
 
“ICTnews" elektron xəbər xidməti “riaşru” saytına istinadən bildirir ki, Stenford Universitetinin layihəsi “Glass at Work” ümumi proqramı çərçivəsində həyata keçirilir, məqsəd “Google Glass” smart eynəyinin müxtəlif sahələrdə yeni tətbiq üsullarını tapmaqdır.
 
“Google Glass” eynəkləri hazırda tibb sahəsində tətbiq edilir.
 
Emil Hüseynov
 





04/08/14    Çap et